Logo

Xaricdə təhsil almış tələbələr diplomlarının tanınmasına görə rüsum ödəməyəcəklər - RƏSMİ


Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.
İqtisadiyyat.Az “report”a istinadla xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilib.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Təhsil,
19.05.2020 15:42 459
Teqlər: