Logo

Braziliyada koronavirusa yoluxanların sayı 254 mini ötdü


Braziliyada 17 minə yaxın çox insan koronavirusun qurbanı olub.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 254 mini ötüb.

Nazirlik qeyd edib ki, ölkədə COVID-19 infeksiyasına 254 220 yoluxma qeydə alınıb, son gün ərzində daha 13 140 yeni yoluxma aşkarlanıb.

Son 24 saat ərzində 674 insan koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 16 792 nəfər təşkil edir.

Eyni zamanda bildirilir ki, ölkədə virusa yoluxmuş 100 459 insan sağalıb.

Dünya,
19.05.2020 21:00 467
Teqlər: