Logo

Bakının bu küçəsində hərəkət qismən məhdudlaşdırılacaq - DİQQƏT


Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Nəqliyyat,
19.05.2020 10:47 791
Teqlər: