Logo

Türkiyənin Azərbaycana nə qədər dəri məmulatları satdığı açıqlanıb


2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,29 faiz azalaraq 4,864 milyon dollar təşkil edib.

Bunu Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Hesabata əsasən, aprel ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin aprel ayı ilə müqayisədə 88,4 faiz azalıb və 230 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azalaraq 469,426 milyon dollar təşkil edib.

 

Biznes,
19.05.2020 10:18 618
Teqlər: