Logo

ABŞ-da 90 mindən çox şəxs koronavirusdan öldü


ABŞ-da 1,5 milyon nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə yerli və federal hakimiyyət orqanları, KİV, habelə digər mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 90 mini keçib. 

Qeyd olunub ki, 1 500 753 nəfərin koronavirus testi müsbət nəticələnib, müalicə alan 90 213 xəstə vəfat edib. Hər iki göstəriciyə görə ABŞ dünyada liderdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 317 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)

Dünya,
19.05.2020 09:00 283
Teqlər: