Logo

Xaricdə alınmış təhsilin Azərbaycanda tanınması ilə bağlı Nazirlikdən AÇIQLAMA


Xarici ali təhsil ixtisasının Azərbaycanda tanınması və nostrifikasiyası qaydaları ilə bağlı əsas məqamlar açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçirilir. İnternet səhifəsinin “Nostrifikasiya – Tələb olunan sənədlər” bölməsində müvafiq sənədlərin siyahısı və yüklənmə qaydası barədə məlumat verilir.
Proses zamanı rast gəlinən hər hansı problemlə bağlı şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməklə, [email protected] ünvanına müraciət etmək olar. 
Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün 31 may tarixinədən müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq. 
Vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Nostrifikasiya” və ya “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olması tövsiyə olunur. 

Təhsil,
18.05.2020 17:20 464
Teqlər: