Logo

Azərbaycana xaricdən geyim idxalı - KƏSKİN AZALIB - RƏQƏMLƏR


Bu ilin yanvar-aprel aylarında Azərbaycana 64,1 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

İqtisadiyyat.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.

Qeyd edək ki, hesabat dövründə sözügedən malların ümumi idxalında payı 1,9% təşkil edib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.

(Apa)

Biznes,
18.05.2020 14:56 871
Teqlər: