Logo

Karantin rejimi sərnişin daşımalarını kəskin azaldıb – SON MƏLUMAT


Bu ilin aprel ayında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınması 2019-cu ilin eyni dövrünə nisbətən 2,4 dəfə və ya 99,6 milyon sərnişin azalaraq 68,5 milyon sərnişinə düşüb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin aprel nəqliyyat sektorunda 168,1 milyon sərnişin daşınıb.
Onu da bildirək ki, bu ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda 509,1 milyon sərnişin, ötən ilin yanvar aprel aylarında isə nəqliyyat sektorunda 628,5 milyon sərnişin daşınıb.
Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayının sonundan başlayaraq nəqliyyat sektorunda bir-sıra məhdudiyyətlər tətbiq olunur. Aprel ayında, metro, hava və dəmir yolu nəqliyyatında sərnişin daşınma tamamilə dayandırılıb.

Nəqliyyat,
18.05.2020 14:27 662
Teqlər: