Logo

Metroya, avtobusa maskasız girməyin! - DİN-dən daha bir ÇAĞIRIŞ


“Metroya, avtobusa, eləcə də bütün ictimai nəqliyyata tibbi maska taxmadan daxil olmaq qadağandır”.

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, əks halda vətəndaşlar metroya və avtobusa buraxılmayacaq:

“Onlar yaxınlıqda olan apteklərdən, metroda təşkil edilən səyyar satış məntəqələrindən maska əldə edə bilərlər”.

DİN rəsmisi metropolitendə karantin qaydalarını pozanların konkret sayının olmadığını açıqlayıb:

“Karantin qaydalarının pozulması tibbi maskadan istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsidir. Belə olan halda da onlar ictimai nəqaliyyata buraxılmırlar”.

Nəqliyyat,
18.05.2020 12:05 909
Teqlər: