Logo

Koronavirus Azərbaycanda ticarətə necə təsir edib? - RƏQƏMLƏR


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,4% və ya 158,7 milyon manat artaraq 11 milyard 516,1 milyon manat olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin aprel ayında pərakəndə ticarət dövriyyəsi 2 milyard 514,3 milyon manat, bu ilin aprel ayında isə 2 milyard 273,8 milyon manat olub. Ötən ilin aprel ayı ilə müqayisədə bu iln aprel ayında pərakəndə ticarət dövriyyəsi 240,5 milyon manat və ya 9,5% azalıb.
Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayının 23-dən etibarən  pərakəndə ticarət sektoruna məhdudiyyətlər tətbiq olunub. Bir sıra iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Lakin açıqlanan rəsmi statistika aprel ayında pərakəndə ticarət dövriyyəsində ciddi azalmanın olmadığını göstərir.

Biznes,
18.05.2020 11:42 746
Teqlər: