Logo

Yol polisindən sürücülərə texniki baxışla bağlı VACİB AÇIQLAMA


Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı, qeydiyyat və təkrar qeydiyyatı ilə bağlı sürücülərə müraciət edib.

Fins.az xəbər verir ki, idarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, mayın 18-dən etibarən sms icazə sistemi ləğv edildiyi üçün sürücülərin sərbəst hərəkəti mümkün olacaq. "Odur ki, nəqliyyat vasitələrinin texniki baxış müddəti bitmiş və ya bitmək üzrədirsə vətəndaşlar texniki baxış şöbələrinə yaxınlaşaraq bu prosesi icra edə bilərlər. Eyni zamanda nəqliyyat vasitələrinin alqı-satqı prosesi də bütün Qeydiyyat-İmtahan şöbələrində həyata keçirilir." 

Kamran Əliyev güzəşt ediləcək şəxslər barədə də məsələyə aydınlıq gətirib. "Bölgələrə getmək imkanı olmayan və yaxud da Bakıya gələ bilməyən şəxslərə texniki baxışdan keçmədiyi üçün güzəştlər olacaq. Lakin yol polisi sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyə imkanı olan şəxslər bu prosesi yerinə yetirsinlər."

Avto,
18.05.2020 11:26 1042
Teqlər: