Logo

“Azərbaycan Mikro-Kredit” BOKT-nin xalis mənfəəti kəskin azalıb


“Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 0,7 min manat xalis mənfəətlə başa vurub.

BOKT-nin maliyyə hesabatında məlumat verilir ki, bu, 2018-ci illə müqayisədə 77,8 dəfə azdır. 

Ötən il “Azərbaycan Mikro-Kreditin vergiyəqədərki mənfəəti 8 min manatdan çox (əvvəlki ilə nisbətən 9 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manata yaxın (2,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit"in aktivləri 3,1 milyon manat olub ki, bu da illik müqayisədə 4,4% çoxdur. Bunun 2,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 11% böyüyüb.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit"in öhdəlikləri 6,9% artaraq 436 min manata, balans kapitalı isə 3,9% artaraq 2,7 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,2% artaraq 2,7 milyon manata çatıb.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. BOKT-nin təsisçisi 100% Tural Məmmədovdur. 

(report)

Bank,
18.05.2020 09:17 264
Teqlər: