Logo

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırılıb - RƏSMİ AÇIQLAMA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo” ilə əlaqə saxlayaraq,  Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib.  

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib. 

Sağlamlıq,
17.05.2020 15:53 811
Teqlər: