Logo

Karantin dövründə Türkiyədən mənzil alan azərbaycanlıların SAYI AÇIQLANDI


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 319 mənzil, aprel ayı ərzində isə 35 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2019-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədən builkindən 55 mənzil çox - 374 mənzil satın alıblar.
Bu ilin aprel ayında isə azərbaycanlılar Türkiyədən 35 mənzil satın alıblar və bu ötən ilin aprel ayındakı göstəricidən 2,5 dəfə və ya 52 mənzil az olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 4 ayı ərzində Türkiyədən ümumilikdə 11 min 864 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12% və ya 1 621 mənzil az olub. Aprel ayında Türkiyədə ev alan əcnəbilər arasında İran, İraq, Rusiya, Əfqanıstan, Çin, Qazaxıstan, Azərbaycan, Yəmən və İordaniya vətəndaşları üstünlük təşkil edib.
Aprel ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:

ÖLKƏLƏR SAYI
(Aprel-2020)
İran 157
İraq 103
Rusiya 61
Əfqanıstan 54
Çin 40
Qazaxıstan 36
Azərbaycan 35
Yəmən 30
İordaniya 25

Məlumat üçün bildirək ki, dünyada yayılan COVİD-19 pandemiyası səbəbindən aprel ayında Türkiyə ilə Azərbaycan arasında gediş-gəliş olmayıb. Aprel ayında yükdaşımalar istisna olmaqla iki ölkə arasında quru və hava nəqiliyyatı mövcud olmayıb.

Əmlak,
16.05.2020 16:15 1170
Teqlər: