Logo

Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb


Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Hazırkı dövrədək ölkəmizdə 3 138nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36nəfər vəfat edib, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılıb.

Sağlamlıq,
16.05.2020 15:28 787
Teqlər: