Logo

Azərbaycanda mobil internetin giriş sürəti artıb


Aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 27,53 Mbit/s-ə təşkil edib. "Ookla"nın "Speedtest Global Index"inin verdiyi məlumata görə, bu göstərici mart ayı ilə müqayisədə 1,8% artıb. 

Apreldə ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 5,2% azalaraq 13,35 Mbit/s olub. 

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 30,89 Mbit/s və 10,50 Mbit/s təşkil edir. Aprel ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında bir pillə irəliləyərək 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (88,01 Mbit/s), Qətər (84,81 Mbit/s) və Çin (84,68 Mbit/s) daxil olub.

Reytinqə əsasən, aprel ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 19,77 Mbit/s, çıxış sürəti isə 20,91 Mbit/s təşkil edib. Bu göstəricilər mart ayı ilə müqayisədə müvafiq olaraq 0,81 və 2,9% azalıb.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan aprel ayının yekunlarına görə 1 pillə irəliləyərək 114-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lideri Sinqapur (198,46 Mbit/s), Honkonq (176,70 Mbit/s) və Tayland (159,87 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 74,74 Mbit/s və 39,62 Mbit/s olub.

(APA)

İKT,
16.05.2020 12:27 908
Teqlər: