Logo

“Apple” 2022-ci ilədək iki yeni iPad modeli və “ağıllı” eynək buraxacaq


Tayvanın “TF Securities” şirkətinin eksperti Min-Çi Kuo “Apple” in planları haqqında öz fikirlərini bölüşüb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə CNBC məlumat verib. Söhbət iki yeni iPad modeli və “ağıllı” eynək barədə gedir.

iPad-lara gəlincə, növbəti ildə şirkət istehlakçılara iki yeni model təqdim edəcəkdir. Onlardan biri daha “ucuz” olacaq və 2020-ci ilin ikinci yarısına buraxılacaq.

Digər model daha maraqlıdır – bu, 2021-ci ildə satışa çıxarılacaq iPad-mini modeli olacaq (8,5 və ya 9 düymlük). Xatırladaq ki, şirkətin buraxdığı sonuncu iPad-mini modelinin diaqonalı 7,9 düym təşkil edir.

Mütəxəssis həmçinin “Apple” in yeni kateqoriyalı cihazlaırn istehsalına başlayacağını bildirib – “ağıllı” eynəklər. Şirkət “qarışıq və əlavə reallıq” yaratmaq üçün bahalı linzalardan istifadə edəcəyini qeyd edir. Bu yeniliyin 2022-ci ildən tez buraxılması gözlənilmir.

(Banker)

İKT,
15.05.2020 22:39 317
Teqlər: