Logo

Azərbaycanda 4 bankın faiz xərcləri - 10 MİLYON MANATDAN ÇOXDUR


Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 4-nün bu ilin I rübündəki faiz xərcləri 10 milyon manatdan çox olub.

FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (24,882 milyon manat), "Kapital Bank" (12,646 milyon manat), "Access Bank" (10,722 milyon manat) və "PAŞA Bank"dır (10,706 milyon manat).

Qalan 24 bankdan 17-də faiz xərcləri 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyon manatdan azdır.

Bank,
15.05.2020 10:10 770
Teqlər: