Logo

Azərbaycanda 11 bankın - FAİZ XƏRCLƏRİ ARTIB


Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 16-nın bu ilin I rübündəki faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

FED.az xəbər verir ki, bunlar "Bank Respublika", "Express Bank", "Bank of Baku", "Premium Bank", "Unibank", "Bank Avrasiya", "Muğan Bank", "Günay Bank", "Xalq Bank", "Access Bank", "AFB Bank", "AGBank", "Kapital Bank", "Azər-Türk Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Bank VTB Azərbaycan"dır.

Ən çox azalma "Bank VTB Azərbaycan"da (61,7%%), ən az azalma isə "Bank Respublika"da (1,2%) qeydə alınıb.

1 bankın - Pakistan Milli Bankının Bakı filialının son 1 ildə faiz xərcləri olmadığı üçün onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 11 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,2 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (5,7%) qeydə alınıb.

 

Bank,
15.05.2020 09:12 779
Teqlər: