Logo

Dövlət Vergi Xidmətində daha bir təyinat


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Nazirlikdən verilən məlumata görə, sərəncama əsasən, Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. 39 yaşı var.

Vergi,
14.05.2020 13:16 507
Teqlər: