Logo

İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı FƏRMAN


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərmana əsasən, Prezident Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilib.

Sənədlər,
13.05.2020 15:58 298
Teqlər: