Logo

Kianın bu modeli YENİLƏNİB


Kia şirkəti yığcam Morning hetçbekinin yenilənmiş versiyasını təqdim edib. Kia Morning modeli bizim bazarda Picanto adı ilə tanınır. Planlaşdırılmış yeniləmədən sonra, yığcam hetçbek yeni ön hissəyə, yenidən nəzərdən keçirilmiş avadanlıq siyahısına və ixtisara salınmış mühərrik çeşidinə sahib olub.

Fins.az xəbər verir ki, yenilənmiş Kia Morning modeli əvvəlkindən ön bamperin, radiator barmaqlığının və fənərlərin forması ilə fərqlənir. Daha bahalı versiyalarda, onlar linzalı və gündüz hərəkət işıqlarının dörd LED modulu ilə vahid blokda birləşdirilirlər. Arxa fənərlər də dəyişikliklərdən nəsiblərini alıblar: onlar indi "üçölçülü" tərtibata malikdirlər. Bundan başqa, arxa bamperin aşağı hissəində səsboğucu sisteminin çıxış borularını təqlid edəın xrom elementlər peyda olub. Modelin rəng palitrasına yeni sarı Honeybee çaları əlavə edilib.

Avto,
13.05.2020 20:00 491
Teqlər: