Logo

Bakıda ucuz mənzillərin sayı azalıb


Bakıda daşınmaz əmlak bazarında aktivlik olmasa da qiymət dəyişiklikləri baş verib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, aprel ayı ərzində təkrar mənzil bazarında təklif portfelində qiymətlərdə 1.13 faiz artım müşahidə edilib. Onun sözlərinə görə, ilkin mənzil bazarında isə mənzillərin qiyməti 8.58 faiz artım baş verib.

N.İbrahimov qeyd edib ki, artım, əsasən struktur dəyişikliyi hesabına olub: “Yəni təklif portfelində bahalı mənzillərin sayı çoxalıb, ucuz mənzillərin sayı isə azalıb. Ucuz qiymətə mənzil təklif edənlər pandemiya ilə əlaqədar olaraq mənzillərini satmağa ehtiyat etdilər və portfeldən çıxardılar, pandemiyadan sonrakı dövrü gözləməyə qərar verdilər. Bahalı mənzillər isə portfeldə qaldı. Bunlar hamısı son nəticədə bahalaşmaya gətirib çıxardı”. (Trend.az)

Əmlak,
13.05.2020 09:44 896
Teqlər: