Logo

Rusiyada avtomobil satışları apreldə rekord səviyyədə azalıb


Bu ilin aprel ayında Rusiyada yeni avtomobillərin satışı illik müqayisədə 3,6 dəfə azalaraq 38 922 ədəd təşkil edib.

Fins.az-ın Avropa Bizneslərinin Assosiasiyasına (ABA) istinadən verdiyi məlumata görə, apreldə Rusiya avtomobil sənayesi ABA tərəfindən hesablanan statistika tarixində satışların ən böyük aylıq enməsinin yaşayıb.

Bu ilin ilk dörd ayına nəzər saldıqda isə, ümumilikdə, 415 102 ədəd yeni avtomobil satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,1% azdır.

Qeyd edək ki, Rusiya avtomobil sənayesinin qəti lideri olan "AvtoVAZ" şirkətinin bu ilin yanvar-aprel aylarında satışlarda payı 39,3% təşkil edib. Şirkət təkcə cari ilin aprel ayında 14 590 ədəd, 2020-ci ilin ilk dörd ayında isə 163 186 avtomobil satıb. Bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 3,6 dəfə və 18,6% azdır.

Avto,
13.05.2020 09:45 273
Teqlər: