Logo

“Facebook” və “Google”un əməkdaşları ilin sonunadək evdən işləyəcəklər


“Google” şirkətinin rəhbərliyi “Facebook”dan sonra iş yerində olması son dərəcə vacib olmayan əməkdaşlar üçün evdən iş rejiminin müddətini uzadıb.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, “Alphabet” holdinqinin baş direktoru Sundar Piçai ümumi yığıncaqda belə bəyanatla çıxış edib. Bu haqda etibarlı mənbələrə istinadən “Business Insider” nəşri yazıb. Bu halda Sundar Piçai əməkdaşların az bir hissəsinin ofisə qayıda biləcəyini istisna etməyib, amma bu, iyun-iyul aylarından tez baş verməyəcək və təhlükəsizlik tədbirlərinə mütləq riayət etmək lazım gələcək.

Bu həftə, həmçinin “Facebook” 2020-ci ilin sonunadək evdən işləmə rejiminin saxlanılmasını elan edib. Həmçinin şirkət ən azı 2021-ci ilin iyun ayınadək çoxlu sayda insanın iştirakı olan bütün tədbirləri ləğv edib.

İKT,
13.05.2020 09:00 311
Teqlər: