Logo

Mondelēz International-dən 2020-ci ilin I rübü ilə bağlı vacib açıqlamalar: Hansı məhsula tələb çox oldu?


İstehlakçılar koronavirus pandemiyası və özünütəcriddən dolayı yaranan stressi özünə daha çox çəkiblər. Mondelēz International şirkətinin baş direktoru Dirk Van de Put birinci rüb ilə bağlı nəticələri elan edən zaman deyib ki, qəlyanaltı məhsullarına tələb artıb. O, bildirib ki, ən yüksək artım peçenye və şokoladda qeydə alınıb.Təqdimatda görə, birinci rübdə gəlirlərdə orqanik artım 6,4% olub. Qəlyanaltı (snek) məhsullarında artım 6,6%, peçenye 11,7%, şokoladda isə 2,6% olub. Konfet və saqqız kateqoriyası isə sıfır dinamika göstərib. Tədqiqatda göstərilir ki, ev istehlakı krizisdən öncəkindən fərqlənir. İnsanlar daha çox pendir yeyirlər, xüsusilə “Filadelfiya”, daha çox meyvə, tərəvəz, peçenye, duzlu sneklər, qəlyanaltılar və s.

İkinci kateqoriyaya daxil olanlar isə, dadlı olan məhsulları paylaşırlar. Sneklərin birgə istehlakı bütün ailəni birləşdirən yollardan biri halına gəlir. Üçüncü kateqoriyaya daxil olan istehlakçılar isə eksperiment etməyə və yeni brendləri özləri üçün kəşf etməyə başlayıblar. Van de Put deyib ki, Mondelēz Oreo və Ritz markalarına olan tələbin 15-20% artdığını müşahidə edib. ABŞ və Avropadakı istehlakçılar isə sneklərdən daha çox istifadə etdiklərini və fasilə vermək üçün daha çox vaxt ayırdıqlarını deyiblər. Hər şeydən öncə isə onların fasilə zamanı ən sevdikləri peçenye və şokolad olub. Bunlar əldə edilən hesabatlarda da öz əksini tapıb. Belə ki, gəlirlərdə orqanik artım Şimali Amerikada 13,4%, Avropada isə 4,3% olub. İnkişaf etməkdə olan bazarlarda isə vəziyyət məhdudiyyətlərdən dolayı inkişaf etmiş bazarlar ilə müqayisədə daha pisdir.

Mondelēz International rəhbəri isə vəziyyətin iyunda bərpa ediləcəyinə ümid edir. Şirkət bütün xərcləri nəzarətdə saxlayır, əməliyyat xərclərini isə harda mümkün olursa orada azaldır.

Mondelēz ikinci yarımillikdə promoaksiyalarını daha ünvanlı etməyi, çeşidi sadələşdirməyi (SKU sayını əhəmiyyətli azaltmağı), güclü bendlərinə sərmayə qoymağı və yeniliklərdən imtina etməyi, mediayaya investisiyanı artırmağı düşünür.

Bundan başqa, Orea, Milka-nın istehsalçısı e-commerce-nin inkişafı haqqında da düşünür, belə ki, bir haldakı insanlar onlayn almağa üstünlük verirlər. Van de Put mövcud həmləni bazara hücum adlandırıb, burda əsas məqsəd isə bazardakı payı artırmaqdır.

Marketinq,
12.05.2020 15:20 225
Teqlər: