Logo

Sabahın havası


Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 758  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər . 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq. 

Ekologiya,
12.05.2020 13:26 285
Teqlər: