Logo

Azərbaycanda e-ticarətin həcmi - 60%-DƏN ÇOX ARTIB


Bu ilin mart ayında Azərbaycanda 305 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatı həyata keçirilib.

İqtisadiyyat.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 10%, illik müqayisədə isə 63% çoxdur.

Mart ayı ərzində həyata keçirilən elektron ticarət əməliyyatlarının 268 mln. manatı debet, 37 mln. manatı isə kredit kartları ilə reallaşdırılıb.

Hesabata əsasən, bu ilin I rübündə elektron ticarətin həcmi 842 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 59% çoxdur.

(Apa)

İKT,
12.05.2020 10:55 302
Teqlər: