Logo

WhatsApp-dan Zoom və Skype-a rəqib olacaq - DAHA BİR YENİLİK


WhatsApp Web Messenger Rooms-a inteqrasiya olunur. 

WhatsApp messencerinin komandası müştərilərinin veb versiyası üçün yeniləmə hazırlayır. Artıq WhatsApp Veb-də çox sayda iştirakçı üçün video konfrans mümkün olacaq. Ən son WhatsApp Veb yeniləməsi olan 2.2019.6 versiyasında yenilik hələ ki mövcud deyil. Buna baxmayaraq, tərtibatçılar Messenger Rooms Shortcuts yeniliyini təqdim etməyə hazırlaşırlar. 

FED.az xəbər verir ki, Messenger Rooms xidməti Feysbuk tərəfindən aprel ayının sonlarında istifadəyə verilib. Bu xidmət 50 nəfər iştirakçı ilə qrup zəngləri etməyə imkan verir.

Feysbuk şirkəti Messenger Rooms Shortcuts xidmətini populyar WhatsApp messencerilə birləşdirir. Bu yenilik vasitəsilə Messenger Rooms Shortcuts istifadə edərək istifadəçilər öz qrup video zənglərini işə sala və insanları birbaşa WhatsApp Vebdən dəvət edə bilərlər. 

Qeyd edək ki, bu yaxınlarda WhatsApp 8 iştirakçı üçün video zənglərə dəstək məqsədilə mobil cihazlarda yeni funksiyasını təqdim edib. WhatsApp-ın yeni funksiyasının Messenger Rooms ilə inteqrasiyası kompüterdə 50 nəfərlə video zəng etməyə imkan verəcəkdir.

İKT,
12.05.2020 10:18 358
Teqlər: