Logo

Ağstafada güclü sel körpüləri dağıtdı - FOTO


Ağstafada güclü yağış və sel bəzi fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Göyçəli kəndində Həsənsu çayının üzərində yerləşən körpünü sel aparıb.

Körpüdən rayonun Köçü Əsgər və Eynallı, Yuxarı Göyçəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər.

Bundan başqa, Yuxarı Göyçəli kəndində də iki körpünü sel aparıb. Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

 

Ekologiya,
11.05.2020 11:45 834
Teqlər: