Logo

“Facebook”un əməkdaşları 2020-ci il bitənə qədər evdən işləyəcəklər


ABŞ-ın “Facebook” şirkəti öz əməkdaşlarına 2020-ci ilin sonuna qədər evdən işləmək icazəsi verib.

CNBC televiziyası bu barədə şirkət nümayəndəsinə istinadən xəbər verir.

Əlavə olaraq qeyd olunur ki, şirkət iyulun 6-dan ofislərinin əksəriyyətini açmağa başlayacaq.

Ötən ay “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq elan edib ki, 2021-ci ilin iyul ayına qədər iclaslarda 50 nəfərdən artıq adamın iştirakına icazə verilməyəcək.

İKT,
09.05.2020 10:55 480
Teqlər: