Logo

Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib


2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86 845 min manat mənfəət əldə edib. 

Bu, 2018-ci ilə nisbətən 11,7% azdır.

Ötən il Dövlət Vergi Xidməti 121 482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121 472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə qurumun xərcləri isə 34 637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18 363 min manatı əmək haqqı və işçilərlə bağlı digər xərclər, 1 101 min manatı sərf edilmiş materialların dəyəri, 1 693 min manat amortizasiya xərcləri 13 480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir. 

Vergi,
07.05.2020 15:50 262
Teqlər: