Logo

Region ölkələrində mənzillərin qiyməti - CƏDVƏL


Son 4 il ərzində Azərbaycanda mənzillərin qiyməti cüzi bahalanıb.
Yeniavaz.com dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayınlayan nüfuzlu "numbeo" portalına istinadən bildirir ki, paytaxt Bakının mərkəzi rayonlarında mənzillərin orta qiyməti bir kvadratmetrə görə 1 430 dollar (2430 manat) təşkil edib.
Qeyd edək ki, 4 il əvvəl – 2017-ci ilin may ayında Bakının mərkəzində mənzillərin orta qiyməti bir kvadratmetrə görə 1400 dollar olub. Göründüyü kimi son 4 ildə mənzilləri qiymətində cüzi artım müşahidə olunub.
Məlumat üçün bildirək ki, region ölkələri arasında ən kəskin ucuzlaşma Rusiyada qeydə alınıb. 4 il əvvəllə müqayisədə Rusiyanın paytaxtı Moskvanın mərkəzi rayonlarında mənzillərin orta qiyməti 5 dəfəyə yaxın azalaraq bir kvadratmetrə görə 5 700 dollardan 1 200 dollara düşüb.
İranın paytaxtı Tehranda və Ermənistanın paytaxtı İrəvanda da mənzillərin qiyməti yüksəlib. Son 4 ildə Tehranda mənzillərin bir kvadratmetrinin qiyməti 1 945 dollardan 2 690 dollara, İrəvanda isə 1 090 dollardan 1 672 dollara qədər artıb.
Bakıda olduğu kimi Gürcüstanın paytaxtı Tblisidə də mənzillərin qiyməti cüzi artıb. Son 4 ildə Tblisidə mənzillərin bir kvadratmetrinin qiyməti 945 dollardan 989 dollara yüksəlib.
Digər region ölkələrində - Qazaxıstan, Türkiyə və Ukraynada isə mənzillərin qiyməti aşağı düşüb.
Region ölkələrində (şəhər mərkəzində) mənzillərin bir kvadratmetrinin orta qiyməti:

ÖLKƏLƏR (Şəhərlər) QİYMƏTLƏR
May 2020-ci il  May 2017-ci il
İran (Tehran) 2 690 $/kv.m 1945 $/kv.m
Ermənistan (İrəvan) 1 672 $/kv.m 1090 $/kv.m
AZƏRBAYCAN (BAKI) 1 430 $/kv.m 1400 $/kv.m
Rusiya (Moskva) 1 206 $/kv.m 5700 $/kv.m
Ukrayna (Kiyev) 1 057 $/kv.m 1175 $/kv.m
Gürcüstan (Tblisi) 989 $/kv.m 945 $/kv.m
Qazaxıstan (Astana) 964 $/kv.m 1200 $/kv.m
Türkiyə (Ankara) 768 $/kv.m 1070 $/kv.m
Əmlak,
06.05.2020 13:43 391
Teqlər: