Logo

Instagram-da hansı mövzular üzərindən pul qazanmaq olar?- 11 tövsiyə


Instagram-da bir bloq yaratmamışdan öncə, mövzu da seçməlisiniz. Mövzunun istifadəçilər üçün maraqlı olub-olmayacağını Google Trends vasitəsilə müəyyən edin. Daha çox sorğu ediləni populyar və mənfəətli hesab etmək olar. Yuxarıdakı sayta əlavə olaraq Wordstat-dan istifadə edə bilərsiniz.

Instagramda bloqlar üçün ən yaxşı mövzular aşağıdakılar hesab edilir:

Gözəllik: Bu sahədə olan bloqlar, əsasən kosmetika, manikür, saç kəsimi, şəxsi qulluq ilə bağlı yayımlar edir.

Moda: Feşn-bloggerlər öz auditoriyası ilə son moda tendensiyalarını paylaşırlar, abunəçilərinə geyim və ayaqqabı brendlərini tövsiyə edirlər. Tərzli görünmək üçün özlərinin qeydlərini əlavə edirlər.

İdman: Bu sahədən danışan blogger professional idmançı da ola bilər, yaxud hər gün idman zalına baş çəkən biri də. Fitnes bloggerlər tez-tez, “2 həfətəyə qədər arıqlayın”, “Ayda bir çəkinizi yoxladın” və s. kimi marafonlar təşkil edirlər.

SMM: Bu cür bloggerlər Instagram-da digər hesabların populyarlaşmasına kömək olurlar, bunu isə pul qarşılığında edirlər.

Insta-Dizayn: Bu mövzu yaxın zamanlarda yaranıb, amma artıq populyarlıq qazanıb. Bu cür bloggerlər isə özlərinin auditoriyasına Instagram səhifəsini qaydaya salmağı, foto düzəltməyi və mətn yazmağı öyrədir. Bu isə sizin Instagram-dakı blogger fəaliyyəti üçün ilk seçim olmamalıdır, çünki bunu etmək üçün sizin müəyyən bacarıqlarınız olmalıdır.

Fotoqrafiya: Bu mövzunu seçən bloggerlər isə yaxşı rakursu müəyyən etməkdə, eləcə də, süni işıqlandırmadan doğru istifadənin yolları haqqında sizə tövsiyələrini verəcək.

Həyat: Əgər maraqlı bir həyatınız varsa, eləcə də özünüzlə gülməli videolar hazırlamağı bacarırsınızsa, bu mövzu Instagram-dan pul qazanmaq üçün ideal ola bilər. Təsəvvür edin ki, sizin bloqunuz şəxsi gündəliyinizdir. Burda sizin başınıza gələn maraqlı hadisələri qeyd edirsiniz.

Yemək: Siz öz bloqunuzda maraqlı yemək respetləri verə bilərsiniz. Məsələn, bəzi bloggerlər yalnız fast-food ilə bağlı yayımlar hazırlayır, onlar abunəçilərinin sayı da, yemək ilə bağlı bloq hazırlayan digərlərindən fərqlənir.

İynədən pul qazananlar: Bu cür bloqlar, əsasən öz məhsullarını yaradan və satmaq istəyən sənətkarlar tərəfindən hazırlanır. Məsələn, siz şarf, papaq, oyuncaqlar, sabun hazırlaya bilərsiniz. Eləcə də ağacdan bəzək əşyaları hazırlamaq olar. Zərgərlik məhsulları, aksessurarlar da bura aiddir.

Səyahət: Bu bloqunuzda siz olduğunuz maraqlı yerlər haqqında post edə bilərsiniz. İzləyicilərinizə, fərqli ölkələrdə otellərin üstün və çatışmazlıqları haqqında danışa bilərsiniz. İstifadəçilər, xüsusilə fərqli ölkələrin və xalqların adət-ənənələrinə dair yazıları oxumaqda maraqlıdırlar.

Heyvanlar: Pişik, it, quş digər ev heyvanlarına laqeyd olan insan tapmaq çətindir. Heyvanlar haqqında bloqlar tez bir zamanda populyarlıq qazanır. Bura məhsul və xidmətləri reklam etmək üçün əla platformaya çevrilir.

Marketinq,
05.05.2020 15:48 1158
Teqlər: