Logo

Azərbaycanda icbari sığorta bazarı - 13% ARTIB


Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-mart ayları ərzində 80 246,5 min manat həcmində sığorta haqqı yığılıb.

İqtisadiyyat.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% artım deməkdir. Həmçinin bu müddətdə icbari sığorta növləri üzrə ödənişlər də 20,1% artaraq 19 606,4 min manata çatıb.

İcbari sığorta yığımlarının 11 193,9 min manatı, ödənişlərin isə 603,7 min manatı icbari həyat( istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) sığortasının payına düşüb. Bu kateqoriyadan olan sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 14%, ödənişlər isə 8,8% azalıb.

Qeyri-həyatın icbari sığortası növləri üzrə isə yığımlar 18,6% artaraq 69 052,6 min manat, ödənişlər 21,3% artaraq 19 002,8 min manat təşkil edib.

Qeyd edək ki, həm könüllü, həm də icbari sığorta növləri üzrə məcmu yığımlar illik 19,7% artaraq 240 764,3 min manat, ödənişlər 66,7% artaraq 77 064,2 min manat təşkil edib.

(Apa)

Sığorta,
30.04.2020 14:51 332
Teqlər: