Logo

“Tesla” avtomobillərində təhlükəli nasazlıq aşkar edildi


ABŞ-da istehsal edilən “Tesla” avtomobillərində təhlükəli nasazlıq aşkar edilib. Belə ki, sözügedən avtomobil bəzi hallarda işıqforları tanımır və yolun ortasında tormozlayır.

REN TV xəbər verir ki, sistemdəki nasazlığı sınaq yürüşləri keçirən müştərilərdən biri aşkar edib.

Avtomobil bir neçə dəfə qəza şəraiti yaradıb.

Bundan əlavə, sürücünün sözlərinə görə, avtopilot yol kəsişmələrinə zamanında reaksiya verə bilmir.

Qeyd olunur ki, “Tesla”nın zavodlarında sözügedən nasazlıqlardan xəbərdardırlar, lakin şirkət hələlik rəsmi açıqlama verməyə tələsmir.

Avto,
30.04.2020 10:39 300
Teqlər: