Logo

Uçotda olan vergi ödəyicilərinin sayı - 1 MİLYONDAN ÇOXDUR


Aprelin 1-nə respublika üzrə uçotda olan vergiödəyicilərinin ümumi sayı 1 milyon 72 min 660 olub.

FED.az xənər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  bildirilib ki, onların 928 min 973-ü və ya 86,6 faizi fiziki şəxs, 143 min 687-si və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlardır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 79 min 622 vahid artıb və 108 faiz təşkil edib. Artımın 64 min 196 vahidi fiziki şəxslərin, 15 min 426 vahidi isə hüquqi şəxslərin sayının artması hesabına olub.

Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

Vergi,
22.04.2020 17:25 567
Teqlər: