Logo

Bu sənədlər sahiblərinin evinə pulsuz çatdırılacaq


Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi rejimli karantin dövründə Azərbaycan vətəndaşlarına daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı hazır sənədlər ünvanlarında təqdim olunacaq. Çatdırılma xidməti ödənişsizdir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012) 404-07-22 nömrəli telefonuna zəng edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi rejimli karantin qaydalarına əməl etməklə səyyar qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Vətəndaşlar müvafiq rüsum və sənədlərin hazırlanması üçün xidmət haqqını Hökümət Ödəniş Portalı (https://gpp.az) və yaxud ödəmə terminalları vasitəsilə həyata keçirə bilərlər. 

Əmlak,
22.04.2020 09:37 1063
Teqlər: