Logo

Tezliklə şəhid ailələrinə mənzillər təqdim olunacaq


“Artıq 180 şəhid ailəsi üçün evlər tam satın alınıb. Əlavə olaraq satınalmada 200 şəhid ailəsi ilə bağlı evlər, mənzillər var”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib.

Sahil Babayev qeyd edib ki, xüsusi karantin rejimində kütləvi tədbirin olmaması üçün onları təqdim edə bilməyiblər:

“Rejim bitən kimi artıq əlimizdə 300-dən artıq belə mənzil hazır olacaq”.

Əmlak,
15.04.2020 08:51 1003
Teqlər: