Logo

İşçilərin əsassız yerə işdən çıxarılmalarının qarşısını almaq bu nazirliyə tapşırılıb


Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib.

Tədbirlər planının icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olan bir sıra tədbirlər müəyyən edilib. Belə ki, dövlət sektorunda olan işçilərin  işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində həyata keçiriləcək tədbir dövlət sektorunda olan işçilərin əsassız yerə işdən çıxarılması ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılmasıdır.  Bu da təxminən 900-10 min nəfəri əhatə edəcək. Həmçinin, qeyri dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisara yol verilməməsi ilə əlaqədar olaraq işəgötürənlərə qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarətin təmin edilməsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Burada söhbət 664 min nəfərdən gedir. Bununla bağlı fəaliyyət göstərən işçi qrup tərəfindən bir neçə gün əvvəldən işəgötürənlərə xəbərdarlıq bildirişləri göndərilib. Bu proses davam edəcək.

Sosium,
05.04.2020 14:55 1520
Teqlər: