Logo

"Rəvan" sığorta şirkətinin RENKİNQİ


Azərbaycanın sığorta şirkəti olan "Rəvan Sığorta" 2019-cu ili mənfəətlə başa vurub.

Fins.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 2 milyon 425,3 min manat, cəmi xərcləri 2 milyon 178,4 min manat təşkil edir.

Ötən il "Rəvan Sığorta" sığorta haqqı kimi 3 milyon 185,1 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 380,6 min manat isə investisiya fəaliyyətindən, 191,1 min manat subroqasiya gəlirlərindən, 46,7 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 133,6 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib. Ötən il şirkət 916,1 min manat sığorta ödənişi verib. 2019-cu ildə "Rəvan Sığorta" işlərin aparılması xərcləri 1 milyon 261,9 min manat, sair xərcləri 360 manat olub. Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 246,8 min manat olub. Şirkət mənfəət vergisi ödəməyib və xalis mənfəəti 246,8 min manat olub. «Rəvan Sığorta»nın cəmi aktivləri 15 milyon 122 min manat, cəmi öhdəlikləri 2 milyon 429,9 min manat, cəmi kapitalı 12 milyon 692,1 min manatdır.

Sığorta,
03.04.2020 20:34 383
Teqlər: