Logo

Yardımlıda 767 hektar sahədə yazlıq bitkilər əkilib


Yardımlı rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Kənd təsərrüfatı sahəsində bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan əkinçilər bu günədək 767 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 73 hektar çoxdur.

Bu barədə Fins.az-a Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib. O bildirib ki, rayonun fermerləri və məhsul istehsalçıları 91 hektar sahədə tərəvəz bitkiləri, 464 hektarda kartof, 212 hektarda dənli və dənli paxlalılar əkiblər. Kartofçuluq rayonun ənənəvi təsərrüfat sahəsidir. Ötən il 876 hektar kartof sahəsinin hər hektarından 93 sentner olmaqla 8144,1 ton məhsul istehsal edilib. Bu, əvvəlki ilə müqayisədə 53,6 ton və ya 0,7 faiz çoxdur. Bu il rayonda 900 hektar sahədə kartof əkilməsi və hər hektardan 93,5 sentner məhsul əldə olunması proqnozlaşdırılır.

Rayonun təsərrüfatlarında, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və onlara aqrotexniki xidmət işləri də davam etdirilir.

Aqrar,
03.04.2020 11:01 364
Teqlər: