Logo

2020-ci ildə dünya lüks bazarını krizis və pandemiyaya görə, rekord enmə gözləyir


Qlobal lüks bazarı 2020-ci ildə ¼-ə qədər azalacaq və 226 milyard avroya enəcək.

Facemark.az-ın məlumatına görə, Bain Co.-nın məlumatlarına görə, bazara iqtisadi krizis, koronavirus pandemiyası və bir sıra əsas ölkələrdə karantin rejiminə keçid təsir edəcək. Bu cür enmə isə şirkətin araşdırmasının tarixində ilk dəfədir ki, baş verəcək. Təkcə 2009-cu ildə, maliyyə böhranı zamanı bazar 2008-ci illə müqayisədə 8% azalmışdı. Başqa vaxt nə, kataklizm (təbii fəlakətlər-red.), nə terror hücumləri, nə ABŞ-da seçkilər ərəfəsində istehlakın azalması, nə də Çində iqtisadi geriləmə qlobal lüks bazarına təsir etməmişdi.

Bain Co.-dan deyirlər ki, cari vəziyyət unikaldır. Bir halda ki, karantinin nə vaxta qədər davam edəcəyi də qeyri-müəyyəndir. Eyni zamanda, növbəti rüb ərzində bazardan enmənin olması qaçılmazdır.

İqtisadiyyatdakı problemlər əhalini alıcılıq qabiliyyətinin enməsinə səbəb olur, bu vəziyyətdə isə lüks mallar əsas ehtiyac kateqoriyasına daxil deyil. Tsum-da (Univermaq) 9 -15 mart ərzində gəlirlərində rekord artım olub. Belə ki, univermağın offlayn satışları 45%, onlayn satışları isə 125% artım göstərib. Tsum-un nümayəndəsi deyib ki, ajiotaj artımın ilk dalğası ilə üst-üstə gəlib. Ən çox tələb olunanlar isə çanta, daha sonra geyim, ayaqqabı olub. Son günlər isə trafikdə ciddi bir azalma qeydə alınıb. Milli Moda Palatasının prezidenti Aleksandr Şumskiyin sözlərinə görə, bazardakı enmə ən azı 40% ola bilər. “İnfoline-analtik”in baş direktoru Mixail Burmistrov isə qeyd edir ki, leks-riteylerlər beynəlxalq turizmdəki enməyə görə, ciddi çətinliklər çəkirlər: “Sahə üzrə satışlar isə 50%-dən çox enib”.

Onun sözlərinə görə, ölkənin əsas mağazaları gündəlik satışların olmaması, iaşə müəssisələrinin fəaliyyətinin dayanmasından dolayı gündə 5 milyon rubla qədər gəlir itirə bilər. Tsum-larda isə bu gündə 30 milyon rubla qədər ola bilər. Boston Consulting Group-un məlumatına görə isə 2018-ci ildə beynəlxalq lüks mallar bazarı 920 milyard avro təşkil edib. Hesabata görə, 18,5 milyon insan illik olaraq lüks mallara 5000-8000 avro arası pul xərcləyir.

Marketinq,
31.03.2020 19:00 538
Teqlər: