Logo

Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır


Qazaxıstanın Karaqanda vilayətinin beş şəhəri koronavirus səbəbi ilə martın 30-dan etibarən karantinə bağlanacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin Mətbuat xidməti məlumat verib.
Beləliklə, artıq karantinə bağlanmış Nur-Sultan və Almatı şəhərlərinə Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay da qoşulacaq. Son məlumatlara görə, respublikada 251 koronavirusa yoluxma halı qeydə alınıb, 1 nəfər virusun qurbanı olub. Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

Dünya,
29.03.2020 16:41 401
Teqlər: