Logo

İranda koronavirusa yoluxanların sayı 32 332, ölənlərin sayı 2 378-ə çatıb


İranda koronavirusdan ölənlərin sayı 2 378-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son sutka ərzində virusa yoluxmuş 144 nəfər vəfat edib, virusa 2 926 yeni yoluxma faktı qeydə alınıb.

Ölkədə ümumilikdə COVID-19 virusuna yoluxanların sayı 32 332-yə çatıb.

Bu günədək virusa yoluxmuş 11 133 nəfər sağalıb.

 
Dünya,
27.03.2020 14:44 1070
Teqlər: