Logo

Tramp və Si virusa qarşı əməkdaşlıq sözü verdilər


ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping), koronavirus pandemiyasına qarşı əməkdaşlıq edəcəkləri sözü verdikləri bir telefon danışığı reallaşdırıblar və iki ölkə arasında həftələrdir davam edən gərginliyin sakitləşdiyinə istiqamətli siqnal veriblər. 

Tramp Cümə günü sosial media platforması Twitter üzərindən verdiyi açıqlamasında, "Çin Dövlət Başçısı Si ilə çox gözəl bir telefon danışığı reallaşdırdım. Planetimizin böyük bir qisimini ələ keçərən koronavirus ilə əlaqədar çox önəmli, detallar üzərinə danışdıq. Çin virus mövzusunda daha çox və daha inkişaf etmiş məlumatlara sahibdir. Birlikdə, yaxından, çalışacağıq" yazıb. 

Tramp, Fox News-də "Çin virusu" terminini istifadə etməyə son qoyacağını söyləməsinin ardından bu ifadəni istifadə etməkdən yayınıb. Bu əsnada "Xinhua" Xəbər Agentliyinin xəbərinə görə, "Si Trampa iki ölkə arasındakı əlaqələrin "çox kritik bir anda" olduğunu ifadə edib və bu ölümcül xəstəliyi məğlub etmək üçün əməkdaşlıq sözü verib.

Xinhua, Sinin "əməkdaşlıq edilməsi vəziyyətində iki tərəfin də qazanacağını, ittihamların alovlanmaları nəticəsində ikisinin də itirəcəyini, əməkdaşlığın ən doğru variant olduğunu, ABŞ-ın da bu mövzuda real  addımlar atmasını ümid etdiyini" söylədiyini bildiib. Xinhua-ya görə Si, "İki tərəf virusla mübarizə mövzusunda əməkdaşlığı artırmalı  və cəbhəsiz bir əlaqə inkişaf etdirməlidir" deyib.

Qeyd edək ki, virusa yoluxanların sayında ABŞ Çini geridə qoyub. ABŞ-da 85 min nəsəfərin virusa yoluxduğu aşkarlanıb, 1300 nəfərdən çox insan ölüb. marja

Dünya,
27.03.2020 13:39 186
Teqlər: