Logo

Parlament yanında komissiya: Üzvlüyə namizədlərin adları məlum oldu - SİYAHI


Milli Məclis yanında Toponimiya komissiyasının üzvlüyünə namizədlərin adları müəyyən olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Toponomiya komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev daxildir. Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər isə aşağıdakılardır: Elmir Ələkbərov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Bəşirli, Mahirə Abbasova, İlkin Abbasov. Məsələ Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, beşinci çağırış Milli Məclisdə Toponimiya komissiyasının sədri İsa Həbibbəyli olub.

Sosium,
27.03.2020 11:42 165
Teqlər: