Logo

İranda baş verən zəlzələ Azərbaycanda hiss edildi


Martın 26-ı İranın şimalında maqnitudası 3,3 olan zəlzələ baş verib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbiət hadisəsi yerli vaxtla saat 22:41-də qeydə alınıb. Zəlzələnin episentri yerin 5 kilometr dərinliyinə təsadüf edib.

Qeyd etmək lazımdır ki, zəlzələ Naxçıvan MR-nın episentrə yaxın ərazilərində hiss edilib.

Ekologiya,
27.03.2020 08:19 193
Teqlər: