Logo

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı


"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziyi Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:

"İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

Sosium,
26.03.2020 22:37 1541
Teqlər: