Logo

Alimlər koronavirusla bağlı dəhşətli sirrin üstünü açdı - 40 növü var...


İslandiyalı mütəxəssislər ölkədəki koronavirus xəstələrindən nümunələr götürüblər. Genetik ardıcıllıqdan istifadə etməklə virusun mutasiya sayı müəyyənləşdirilib.

Redaktor.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Araşdırmalar nəticəsində 40 ədəd mutasiyaya uğramış koronavirus təsbit edilib. Bəzi nümunələrdə koronavirusun mutasiyaya uğradığı, bəzilərində isə virusun genomunda kiçik dəyişikliklər yaşandığı aşkarlanıb. Araşdırma zamanı həmçinin Covid-19-un İslandiyaya necə gəldiyi də məlum olub. Virusun bir qisminin Avstriyadan, digər qisimlərin isə İtaliya və İngiltərədən keçdiyi müəyyənləşib. Koronavirusun asanlıqla mutasiyaya uğradığı, onun qarşısının almağın olduqca çətin olduğu vurğulanıb.

Sağlamlıq,
26.03.2020 12:45 1453
Teqlər: